Azərbaycanda İcra başçısının müavinin evi soyuldu
20.07.2015 833 0.0 0

Zaqatalada vəzifəli şəxsin evi qarət edilib. Hadisə Zaqatala şəhərində, Həzi Aslanov küçəsi ev 49 ünvanında yaşayan, Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri Həmzə İmran oğlu Süleymanovun evində qeydə alınıb.

Zaqatala rayon Polis şöbəsindən  verilən məlumata görə, H. Süleymanov iyulun 12-dən 13-nə keçən gecə, saat 01 radələridə evdən bir neçə saatlıq çıxıb. Bir neçə saat sonra evə qayıdan şəxs evindən oğurluq edildiyini görüb və dərhal polisə müraciət edib.

Polis şöbəsinin əməkdaşlarının apardığı əməliyyat- axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər qısa zaman ərzində yaxalanıblar. Bunlar 1990-cı il təvəllüdlü Zaqatala şəhər sakini Nəzir Qarayev və 1989-cu il təvəllüdlü Nurlan Musayev olub. 

Təqsirləndirilən şəxslər ilkin dindirilmə zamanı hadisəni törətdiklərini etiraf ediblər. Onlar artıq həbs edilərək istintaqa cəlb ediliblər.

Şöbədən  verilən məlumata görə, təqsirləndirilən şəxslər Həmzə Süleymanovun evindən ümumilikdə 6500 manat məbləğində qızıl-zinət əşyaları, 41 manat və 30 ABŞ dolları nəğd pul oğurlayıblar.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma davam etdirilir.

Əlavə edək ki, evi qarət edilən şəxsin həyat yoldaşı Vəfa Süleymanova isə Zaqatala rayon İcra Hakimiyyəti başçısının Təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavinidir. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar