Azərbaycanda həkim iş yerində ölüb
28.12.2017 978 0
Ağsu rayonunda həkim iş yerində ölüb.
Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, hadisə Ağsu Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Rayon sakini, 1960-cı il təvəllüdlü Namidar Quliyev səhər saatlarında iş yerində dünyasını dəyişib.
O, xəstəxanda diş həkimi işləyirmiş. N.Quliyev səhər saatlarında işə gəlib öz otağında olarkən qəfildən halı pisləşib və vəfat edib.
Onun ürək tutmasından dünyasını dəyişdiyi güman olunur.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər:
Şərhlər




