Azərbaycanda futbolçuları daşıyan mikroavtobus yanıb- VİDEO
24.11.2016 790 0.0 0

Bakı-Quba yolunda avtomobil yanıb. Məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.  “İnter” futbol klubunun futbolçularının olduğu mikroavtobus qəfildən alışıb.

 

Məşqçi Zöhrab Mahmudov bildirib ki, avtobusda olan 20 futbolçudan xəsarət alan olmayıb.

 

Mikroavtobusa tüstü dolan kimi futbolçular maşından düşürülüb.

 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb. /APA/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar