Azərbaycanda dövlət balansında olan avtomobil və müəssisələr su qiymətinə satışa çıxarıldı
07.03.2015 1995 0.0 0

Qazeta.info Əmlak Məsələləri  Dövlət Komitəsinin saytına istinadla bildirir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin və müəssisələrin hərracları təşkil olunub. Bu dəfə  31 mart  və 07 aprel 2015-ci il tarixlərdə hərraca çıxarılan nəqliyyat vasitələrinin və kiçik dövlət müəssisələrinin bəziləri haqda məlumatları diqqətinizə çatdırırıq.

 

4 ədəd Chevrolet Epica istehsal tarixi 2007  birinin start satış qiyməti 3604 manat , 1 ədəd Mercedes Benz S 350  istehsal tarixi 2004 start satış qiyməti 5101 manat, BMW 740 LI  istehsal tarixi 2006 start satış qiyməti 9724 manat , QAZ-31029  istehsal tarixi 1996 start satış qiyməti 697 manat , QAZ 66-11  istehsal tarixi 1993 start satış qiyməti 1080 manat , Hyundai H-1  istehsal tarixi  2000 start satış qiyməti 1939 manat , BMW 760 Lİ  istehsal tarixi  2006  start satış qiyməti 11207 manat. Nissan Maxima istehsal tarixi 2007 start satış qiyməti 4860 manat, UAZ-31519 istehsal tarixi  2004 start satış qiyməti 1621 manat, Mercedes Benz 300 D istehsal tarixi 1994 start satış qiyməti 2088 manat , KAMAZ-43101 istehsal tarixi 1992   start satış qiyməti 2800  manat

Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində  Xidmət sahəsi , sahəsi 368.5 kv.metr, start satış qiyməti  27489 manat ,  İmişli şəhərində , Satış bazası start satış qiyməti  6200 manat

 

Xatırladaq ki, Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.Əmlak Məsələləri  Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda – müvafiq nömrəli hesaba köçürülməlidir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar