AZƏRBAYCANDA DÖRDƏM DÜNYAYA GƏLDİ-VİDEO
03.02.2015 760 0.0 0

Astara rayonu Miki kənd sakininin bir dəfəyə 4 uşağı olub. 
Məlumata görə, Rəisə Nabatovanın Lənkəran doğum şöbəsində 3 oğlan, 1 qız övladı dünyaya gəlib. Oğlanlarınn çəkisi 1,9, 2,1, 1,650 kq, qızın çəkisi isə 1, 45 kq-dır. 

Körpələrin və ananın vəziyyəti normaldır. Uşaqların hər birinə ayrıca həkim ayrılıb. 

Doğum şöbəsinin müdiri Yeganə Nəhmətovanın sözlərinə görə, Rəisə Nabatova xəstəxanaya dekabrın 24-də gətirilib və o vaxtdan həkim nəzarəti altında olub. O, cərrahiyyə müdaxiləsi yolu ilə ana olub. 

Qeyd edək ki, Rəisə Nabatovanın bundan 11 il əvvəl övladı olmuşdu. Lakin uşaq bir müddət sonra ölüb. Ailə 11 il körpə yolu gözləyib. //AnsPress

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar