Azərbaycanda dəhşətli qəza - VİDEO
29.09.2016 794 0.0 0
Qubada baş verən zəncirvari qəzada 2 nəfər xəsarət alıb.
 
ARB-yə istinadən xəbər verilir ki, hadisə rayonun Paşaoba kəndi ərazisindən qeydə alınıb.
 
Xaçmaz rayon sakini 26 yaşlı Ayaz Xankişiyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobil Bakı şəhər sakini 33 yaşlı Afiq Abdullayevin idarə etdiyi “İveco” markalı yük maşınına çırpılıb. Daha sonra Quba sakini 33 yaşlı Kamal Həsənovun idarə etdiyi “Volkswagen-Passat” markalı avtomobillə toqquşub.
 
Nəticədə “VAZ-21099” markalı avtomobilin sürücüsü və sərnişin 21 yaşlı Dövlət Xankişiyev xəsarət alıblar. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəsarət alan şəxslərə lazımi tibbi yardım göstərilib.
 
Faktla bağlı araşdırma aparılır./bizimyol.info/
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar