Azərbaycanda builki pambıq yığımının həcmi 199 min tonu keçib
09.12.2017 877 0.0 0

Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 199 123 tondan çox pambıq təhvil verilib.

Məlumata görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, ötən gün məntəqələrə 325 ton pambıq verilib.

Pambıq tədarükündə Saatlı (25 437 ton), Biləsuvar (24 234 ton), Bərdə (21 552 ton), Ağcabədi (19 555 ton), Sabirabad (17 608 ton), Beyləqan (15 166 ton) rayonları irəlidədir.

Qeyd edək ki, bu il 136 413,2 hektar sahədə çiyid səpilib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar