Azərbaycanda bu ərzaq malları bahalaşıb - SİYAHI
15.10.2015 462 0.0 0

2015-ci ilin sentyabr ayında ərzaq məhsullarının qiymətləri 0,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşmış, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməmişdir. Qazeta.info Statistika Komitəsinə istinadla bildirir ki, ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşmışdır. 
Ay ərzində düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, şəkər və şəkər tozunun, mal və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, limonun, bananın, pomidorun, badımcanın, göy lobyanın, çuğundurun, kökün, kartofun, baş soğanın, sarımsağın, mineral sular və sərinləşdirici içkilərin, spirtli içkilərin qiymətlərində bahalaşma, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, balqabağın, şirin bibərin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 
Sentyabr ayında qeyri-ərzaq məhsullarından parçaların, inşaat materiallarının, dərmanların qiymətlərində ucuzlaşma, geyimin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, məişət cihazlarının, mebel və ev əşyalarının, dəftərxana ləvazimatlarının qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 

 

Bundan başqa bildirək ki, 2015-ci ilin sentyabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 4,4 faiz ucuzlaşmış, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,4 faiz bahalaşmışdır. Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,0 faiz ucuzlaşmışdır.
Birillik bitkilərdən buğdanın, payızlıq arpa dəninin, lobyanın, baş kələmin, qarpız və yemişin, bibərin, pomidorun, xiyarın istehsalçı qiymətləri ucuzlaşmış, kartofun, badımcanın, baş sarımsağın, quru otun, baş soğanın istehsalçı qiymətləri bahalaşmış, digərlərinin isə qiymətləri sabit qalmışdır. 
Ay ərzində çoxillik bitkilərdən üzümün, almanın, zoğalın, fındığın, nanə yarpaqlarının istehsalçı qiymətləri ucuzlaşmışdır. Digər çoxillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 
Heyvandarlıq məhsullarından mal ətinin istehsalçı qiyməti ucuzlaşmış, südün, yumurtanın, quş və qoyun ətinin istehsalçı qiymətləri isə bahalaşmışdır. 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar