Azərbaycanda baş redaktor həbs olundu
12.05.2017 1255 0.0 0

Vətəndaşdan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən “Xəbər var” qəzetinin baş redaktoru E.Əliyev tutulub

Qazeta.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, mayın 10-da vətəndaş R.Qasımov Ağdam RPŞ-yə müraciət edərək özünü jurnalist kimi təqdim edən Etibar adlı şəxsin ona zəng edərək barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib ondan 150 manat pul verməsini tələb etdiyini bildirib.
Ağdam RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə zəng edərək hədə-qorxu gəlməkdə şübhəli bilinən “Xəbər var” qəzetinin baş redaktoru, əvvəllər məhkum olunmuş Etibar Əliyev tutulub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar