Azərbaycanda avtomobil qaçıran qrup üzvləri zərərsizləşdirilib
26.09.2016 589 0.0 0

Azərbaycanda avtomobil qaçıran qrup üzvləri zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 24-də saat 03 radələrində Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsindən qəsəbə sakini Adil Şirinova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.
DİN-in Təhlükəsiz Şəhər Xidməti və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakini Ceyhun Paşayev və sərnişinləri - Gəncə şəhər sakinləri İsmayıl Baxşəlizadə, əvvəllər məhkum olunmuş Nadir Hüseynov, Sərxan İsgəndərov və Ucar rayon sakini Fərid Abdurəhmanov saxlanalaraq Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə təhvil verilib.
Araşdırma zamanı İ.Baxşəlizadənin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə federal axtarışda olması da müəyyən edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar