Azərbaycanda avtomobil hüdürlükdən yuvarlandı-Çox sayada itki var-FOTO
31.07.2015 657 0.0 0

Gəncədən  İmamzadə dini komplreksinə gedən yolda, Samux rayonu ərazisində dəhşətli qəza baş verib.

Vaz 21 06  markalı avtomobilin sürücüsü yol ötürücüsünün üzərində olarkən  idarəetməni  itirib. Maşın əvvəlcə körpünün məhəccərlərinə, daha sonra isə 15 metr hündürlükdən yerə çırpılıb. 

Şahidlərin bildirdiyinə görə avtomobildə  bir-neçə uşaqla birlikdə ümumilikdə  11 nəfər olub. Onların əksəriyyəti  həyatlarını itiriblər. Samux rayonu  Dövlət Yol Polisi əməkdaşları  sürücünün və həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və hadisənin səbəblərinin araşdırılması istiqamətində iş aparır. 

Qazeta.info bildirir ki, xəstəxanadan Kəpəz TV-yə verilən məlumata görə, avtomobildə olan şəxslərdən beşi dünyasını dəyişib. Onlar sürücü Məmmədov Zöhrab Faiq oğlu, azyaşlı Həsənova Məleykə Rövşən qızı, İsmayılova Hicran Səməndər qızı, İsmayılova Maral Mosu qızı və  İsmayılova Kafya adlı yaşlı qadındır.

Yaralılar isə bunlardır:

Məmmədova Fatimə 

Məmmədova Rəqsanə Faiq qızı

Məmmədova Zöhrə Faiq qızı

İsmayılova Namilə Mirzəli qızı

Hüseynov Sənan Elçin oğlu.

Verdiyev Yusif Elşən oğlunun xəsarətləri yüngül olduğundan ambulator yardımdam sonra evə buraxılıb. Sənan Hüseynov Gəncə Şəhər 2 saylı Birləşdirlmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Digər yaralıların müalicəsi Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında davam edir. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar