Azərbaycanda 9 yaşlı qız özünü asdı
12.11.2015 664 0.0 0

Bakıda azyaşlı intihar edib. 9 yaşlı qız özünü asıb.

Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, 2006-cı il təvəllüdlü Pərixanım Böyükağa qızı Məmmədova özünü yaşadığı Səbail rayonu, Badamdar Qəsəbəsi, Tofiq Məmmədov küçəsində yerləşən evinin uşaq otağındaki kondisionerin naqilindən asıb. Onun asılmış meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər.

9 yaşlı qızın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. 

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Oktyabr ayının 2-də də Bakıda azyaşlı intihar edib. Zabrat qəsəbəsi R. Axundov küçəsi, ev 64 ünvanında qeydə alınan özünü asma hadisəsi zamanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Asif Münasib oğlu Süleymanov özünü yaşadığı evin həyətindəki hamamdan asıb. Onun asılmış vəziyyətdə ailə üzvləri aşkarlayıblar. Yeniyetmə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar