Azərbaycanda 9 obyektin istismarı dayandırıldı
25.05.2015 605 0.0 0

Qazeta.info Səhiyyə Nazirliyinə istinadla bildirir ki, keyfiyyətsiz məhsulları istehsal edən sahibkarlar cərimələnib.
 Belə ki, respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2015-ci ilin aprel ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 51 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 9 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 14 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 277, mikrobioloji göstəricilərinə görə 200, toksikoloji göstəricilərinə görə 6 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 6 nümunədə normalardan kənara çıxma müəyyən olunmuşdur.
Şadlıq evləri və iaşə müəssisələrindən 925 yaxma, 12 soyuq qəlyanaltı nümunələri götürülmüş, 8 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilmişdir.
Aprel ayı ərzində əhali arasında 53 qida zəhərlənməsi hadisəsi baş vermiş, 63 nəfər zərərçəkən olmuşdur. O cümlədən 1 botulizm hadisəsi baş vermiş, 3 nəfər zərərçəkən olmuşdur.
Qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş vermişdir.
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar