Azərbaycanda 81 yaşlı qadın intihar etdi
10.02.2016 514 0.0 0

Ağcabədi rayonunda intihar hadisəsi baş verib. Yaşlı qadın sirkə turşusu içib. 
Ağcabədi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Ağcabədi şəhərinin Səməd Vurğun küçəsindəki mənzillərdən birində qeydə alınıb. Həmin küçədəki mənzillərdən birində yaşayan 1935-ci il təvəllüdlü Sevil Musa qızı Babayeva gecə saatlarında sirkə turşusu içib. Vəziyyətdən xəbərdar olan ailə üzvləri 81 yaşlı qadını dərhal Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. 

Vəziyyəti ağır olan Sevil Babayevaya ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Yaşlı qadın xəstəxanada dünyasını dəyişib. 

Onun intihar səbəbləri barədə hələlik heç bir məlumat verilmir. 

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəstəxanada dünyasını dəyişən qadın qızı ilə yaşayırmış.

Bənzər hadisə bu gecə Gəncə şəhərində də qeydə alınıb. Şəhərin Yeni Gəncə qəsəbəsində yaşayan 1974-cü il təvəllüdlü Fəxriyyə Əsgər qızı İsgəndərova fevral ayının 8-də sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Tibb müəssisəsində lazımi tibbi yardım göstərilən qadın orada 1 gün saxlanılsa da onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada keçinib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar