Azərbaycanda 6 dil üzrə mütəxəssislər/tərcüməçilər axtarılır
28.12.2019 556 0.0 0

“Qafqaz ölkələrinin etnik mənsubiyyətlərinin və mədəni irslərinin araşdırılması” adlı uzunmüddətli layihəyə start verilib. 

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, layihənin məqsədi Azərbaycanda yaşayan etnosların tarixi, dili və mədəniyyətini araşdırmaqdır.

Layihə çərçivəsində gürcü, ləzgi, udin, erməni, avar və qrabar dillərini bilən mütəxəssislər/tərcüməçilər tələb olunur.

Bu dilləri bilən və aşağıdakı parametrlərə cavab verən şəxslərin CV məlumatlarının arashdirma2020@gmail.com elektron poçt ünvanına göndərilməsi xahiş olunur:

- Gürcü, ləzgi, udin, erməni, avar və qrabar dillərini sərbəst - “upper intermediate” və daha yuxarı səviyyədə bilmək;

- Qafqazşünaslıq üzrə başlanğıc səviyyədə məlumatlı;

- Komandada və müstəqil şəkildə işləməyi bacaran;

- Problemə yaradıcı yanaşma və kollektiv düşüncə tərzi.

Aylıq əmək haqqı dil biliyinin səviyyəsi və sahə üzrə iş stajından asılı olaraq 1200 AZN-dan başlayır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar