Azərbaycan yığması BƏƏ-yə qalib gəlib
 
 22.12.2017 974 0
 
 
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışında ilk matçda qüvvəsini sınayıb.
Futbolçularımız BƏƏ-nin müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb. Görüşdə yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Anna Abulaşvili və Minarə Gözəlova vurub.
Digər xəbərlər:
Şərhlər




