Azərbaycan xarici işlər nazirinin Rusiyaya səfəri başlayıb
25.05.2015 590 0.0 0

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya səfəri başlayıb.

 Məlumata görə, nazir naməlum əsgərin məzarına əklil qoyub. 

Səfər çərçivəsində Elmar Məmmədyarov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş keçiriləcək. Daha sonra nazirlərin birgə mətbuat konfransı keçirməsi planlaşdırılır.
 
E. Məmmədyarovun Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin və baş nazirin müavini Dmitri Roqozinlə də görüşləri nəzərdə tutulub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar