Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşüb
23.05.2017 902 0.0 0

Mayın 23-də Batumi şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Fikri İşık arasında görüş keçirilib.
Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, tərəflər Azərbaycan ilə Türkiyənin hərbi əməkdaşlığının dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd ediblər.
Regional və qlobal səviyyədə sülhə və sabitliyə töhfə vermək məqsədilə fəaliyyətlərin davam etdirilməsi, birgə təlimlərin keçirilməsi, mütəxəssislərdən ibarət işçi görüşlərinin təşkili, eləcə də hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar