Azərbaycan üçün yaxşı proqnoz
15.05.2015 711 0.0 0

"Neftin qiymətinin ucuzlaşması Azərbaycanın iqtisadiyyatı üçün xoşagəlməz sürpriz olub". 

Məlumata görə, bu barədə "Fitch Ratings" agentliyinin hesabatında qeyd edilib. Beynəlxalq agentlik yerli və xarici valyutada Azərbaycanın suveren reytinqini "BBB" səviyyəsində - sabit proqnozla təsdiq edib.

Agentlik hesab edir ki, manatın devalvasiyası və dollar/avronun bivalyuta səbətində qayıdışı real effektiv məzənnənin kəskin möhkəmlənməsi və Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmasına reaksiya idi. AMB-nin 2014-cü ilin oktyabrında 16,4 milyardlıq ehtiyyatları 2015-ci ilin fevralında 11 milyarda qədər azalıb. Ancaq bu göstərici Azərbaycanın kredit reytinqinə təsir etməyib. Bununla belə ehtiyatlar 6 aylıq idxal həcmini ödəyərək kifayət qədər yüksək səviyyədə qalıb.

Hazırkı büdcədə neftin bir barelinin orta qiyməti 90 dollar olduğu üçün ÜDM-də 2,8% səviyyəsində kəsir yaranıb. "Fitch Ratings" agentliyi hesab edir ki, daha yumşaq məzənnə neft gəlirlərinin azalmasından gələn zərbəni yumşaldacaq. Hökumət qarşıdakı əhəmiyyətsiz layihələrin reallaşdırılmasını ləngidərək infrastruktur xərclərini çox yüksək səviyyədən aşağı salmalıdır. Bu addımlar büdcə kəsirinin qarşısını ala bilər.

Agentlik bildirir ki, ölkədə iqtisadi artım yanvar ayında 4,4% təşkil edib. Bu artım daha çox qeyr-neft sektorunun payına düşüb. Proqnozlaşdırılır ki, 2015-ci ildə artım tempi 1,5% azalacaq. Çünki manatın devalvasiyası ev təsərrüfatlarının istehlakının artımını zəiflədəcək. Neft istehsalı və neft qiymətlərinin sabitləşməsi 2016-cı ildə iqtisadi artım 3,5%-ə qədər çatacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar