Azərbaycan, Rusiya və İran XİN başçılarının görüşünün vaxtı açıqlanıb
31.03.2016 482 0.0 0

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin vaxtı açıqlanıb.
 
Məlumata görə, Rusiya Xarici işlər Nazirliyinin sözçüsü Mariya Zaxarova nazirin aprelin 7-də Azərbaycana səfər edəcəyini bildirib. O, S. Lavrovun Bakıda Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcəyini söyləyib: "Nazirlər regional əməkdaşlıq, nəqliyyat layihələrinin perspektivləri və Xəzər regionunda qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcəklər"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar