Azərbaycan qazı 2020-ci ildən tez Avropaya çata bilər
25.01.2016 449 0.0 0

Azərbaycan qazı "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində 2020-ci ildən tez Avropaya çata bilər.

Qazeta.info Trend-in məlumatına əsasən xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç "EurActiv"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi"nin ümumi uzunluğu 3 min kilometrdən çox olacaq: "O, Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliya ərazisindən keçəcək və həmin ölkələr eyni məsələləri - marşrut, torpaq sahələrinin alınması, hüquqi və ekoloji problemləri - həll etməlidirlər. Yaranan məsələlərin tez həlli üçün Məsləhət Şurası yaratdıq".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar