Azərbaycan qanunvericiliyinə yollarla bağlı yeni anlayışlar əlavə edilir
24.01.2022 209 0.0 0

Azərbaycan qanunvericiliyinə "velosiped zolağı" və "velosiped yolu" anlayışları əlavə edilir.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, "Yol hərəkəti haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.

Velosiped zolağı - yolun hərəkət hissəsinin velosipedlərin hərəkəti üçün nəzərdə tutulmuş uzununa nişanlama xətti ilə ayrılmış hissəsidir.

 Velosiped yolu - avtomobil yolundan və ya avtomobil yolunun digər elementlərindən konstruktiv şəkildə ayrılan, velosipedlərin hərəkəti üçün işarələnmiş ayrıca yoldur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar