Azərbaycan prezidenti Pərviz Bağırova qızıl medalı təqdim edib - VİDEO
27.06.2015 785 0.0 0

Azərbaycanın boks yığmasının gənc üzvü Pərviz Bağırov da I Avropa Oyunlarını qızıl medalla başa çatdırıb. Qazeta.info Apasport.az saytının məlumatına əsasən bildirir ki, 69 kq çəki dərəcəsində finalda rusiyalı Aleksandr Besputinlə qarşılaşan təmsilçimiz rəqibindən güclü olaraq, çempion adını qazanıb.
 
Onun həlledici qarşılaşmasını Azərbaycan prezidenti İlham Əliyev, həmçinin Bakı-2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da izləyib.
 
60 kq çəki dərəcəsində birinci olan Albert Səlimov kimi, Pərviz Bağırova da qızıl medalı Azərbaycan prezidenti İlham Əliyev təqdim edib.
 
Daha sonra himnimizin sədaları altında dövlət bayrağımız dalğalanıb.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar