Azərbaycan neftinin qiyməti cüzi dəyişib
22.08.2019 584 0.0 0

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 20-də 62,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,02 dollar/barel azdır.

Qazeta.info bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,02 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,06 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,28 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,16 dollar/barel çoxdur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar