Azərbaycan nefti bahalaşıb
26.04.2017 714 0.0 0

Dünya birjalarında neft ucuzlaşıb.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar və ya 0,14% azalaraq 49,49 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,05 dollar və ya 0,10% azalaraq 52,05 dollar olub.

 

Neftin ucuzlaşmasına səbəb ABŞ-da fəaliyyət göstərən neft şirkətlərinin ehtiyatlarının artmasıdır.

 

Azərbaycan nefti bahalaşıb.

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,20 dollar və ya 0,38% artaraq 53,41 dollar təşkil edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar