Azərbaycan nefti bahalaşıb
17.08.2016 595 0.0 0

Azərbaycan neftinin qiyməti 1 dollara yaxın artıb.

 

"APA-Economics" xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,97 dollar və ya 1,98% artaraq 49,94 dollar təşkil edib.

 

Dünya bazarında neft ucuzlaşıb.

 

Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,29 dollar azalaraq 46,29 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,41 dollar azalaraq 48,82 dollar olub./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar