Azərbaycan müdafiə nazirinin müavini Vladimir Putinlə görüşüb
23.02.2018 1547 0.0 0

Azərbaycan, Ermənistan, Venesuela, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkistan, Belarus və Qırğızstan müdafiə nazirliklərinin başçıları və onların müavinləri Rusiya prezidenti Vladimir Putinlə görüşüblər.

Kremlin saytına istinadən verilən məlumata əsasən, görüş Moskvada Kreml sarayında 23 fevral - Vətənin Müdafiəçisi Günü münasibəti ilə keçirilən təntənəli gecə ilə əlaqədar keçirilib.

"Sizin, bir paqon gəzdirən insan kimi, silahlara, orduya, dövlətin bütün güc komponentlərinə xüsusi münasibətiniz var. Siz buna nə dərəcədə diqqətli yanaşmalı olduğunu və hərbi iş kimi həssas sahədə etimadın necə yüksək qiymətləndirildiyini hamıdan daha yaxşı bilirsiniz", deyə Rusiya prezidenti bildirib.

O, həmçinin, dəvət olunan qonaqlara öz dövlətlərinin təhlükəsizliyini təmin etməkdə uğurlar arzulayıb./Trend/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar