Azərbaycan idmançısı İtaliyada keçirilən yarışda üçüncü olub
23.02.2022 400 0.0 0

Azərbaycan təmsilçisi İtaliyada keçirilən dağ xizəyi yarışında üçüncü olub
Qazeta.info xəbər verir ki, Fevralın 22-də Azərbaycanı dağ xizəyi yarışlarında təmsil edən İlya Kostov İtaliyada 18-21 yaş kateqoriyasından olan gənc idmançılar arasında keçirilən Milli Gənclər Yarışında (National Junior Race) iştirak edib.

İdmançımız “slalom” üzrə 86.39 xal toplayıb və göstərdiyi nəticəyə əsasən ümumi reytinqdə 9-cu olsa da öz yaş kateqoriyasından olan idmançılar arasında 3-cü yerə sahib olub.

Yarışda İtaliya,Fransa,Norveç və digər ölkələrdən olan 74 idmançı iştirak edib. 

İlya Kostov Azərbaycanı dağ xizəyi üzrə yarışlarda 2021-ci ildən təmsil edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar