Azərbaycan Belarusdan 170 milyon dollar dəyərində silah alıb
22.02.2017 2111 0.0 0

Azərbaycan 2016-cı ildə Belarusdan 170 milyon dollar dəyərində silah-sursat alıb.

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qlobal silahlanma xərcləri barədəki hesabatında qeyd olunur.

Bildirilir ki, Azərbaycan Belarusun əsas silah alan müştərilərindən biridir. Siyahının birinci pilləsində isə Çin qərarlaşıb. Müştərilər arasında Yəmən, İraq və Anqola da var.

Belarus 2016-cı il ərzində 625 milyon dollar məbləğində silah tədarük edib və bu göstəriciyə görə 18-ci yerdə qərarlaşır.

Satılan silahlar içərisində vertolyotlar, RƏM sistemləri, zirehli tank əleyhinə texnika, raket qurğuları və artilleriya var.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar