Azərbaycan 1164 əcnəbi vətəndaşı sevindirdi
01.07.2015 631 0.0 0

“2008-2014-cü illərdə vətəndaşlığı olmayan 852 nəfər və ümumilikdə isə 1164 nəfərə Azərbaycan vətəndaşlığı verilib”.

Məlumata görə, bunu “AzərTAc”a müsahibəsində Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.

O bildirib ki, təkcə 2014-cü ildə vətəndaşlqla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş 254 nəfərdən 186-ı vətəndaşlığa qəbul olunub. Vətəndaşlığı olmayan 157 nəfərin müraciətinə isə hazırda baxılır. 

Firudin Nəbiyev qeyd edib ki, bu müddət ərzində həmçinin 18 254 nəfərin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınaraq, müvafiq dövlət qurumları tərəfindən şəxsiyyət vəsiqələri ilə təmin ediliblər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar