Ayətullah Xamneyi Mahmud Əhmədinejadın seçkidə iştirakına icazə verməyib
27.09.2016 622 0.0 0

İranın sabiq prezidenti Mahmud Əhmədinejad növbəti prezident seçkilərində iştirak etməyəcək.

 

Məlumata görə, ali rəhbər ayətullah Xamneyinin M. Əhmədinejada namizədliyini irəli sürməməsi və cəmiyyətdə ikitirəliyə yol verməməsi ilə bağlı məsləhətindən sonra keçmiş prezident ali rəhbərə məktub yazıb. O, məktubunda prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini bildirib: “İranın ali rəhbərinin göstərişi və məsləhətini yerinə yetirmək məqsədilə gələcək prezident seçkilərində iştirak etmək niyyətim yoxdur və namizədliyimi irəli sürməyəcəyəm”.


Qeyd edək ki, ötən gün ayətullah Xamneyi bildirib ki, Mahmud Əhmədinejada bu dövr üçün prezident seçkilərində iştirak etməməyi məsləhət görüb: “Onun namizədliyi məsləhət deyil”.
 

M. Əhmədinejad növbəti prezident seçkilərində Həsən Ruhaninin əsas rəqiblərindən hesab olunurdu. Seçkilər yaxın 8 ay ərzində keçiriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar