Ayətula Xameneyi: «Amerikalıların axmaq məqsədləri...»
18.08.2015 608 0.0 0

İranın ali dini lideri Ayətulla Seyid Əli Xameneyi yenidən ABŞ-a qarşı sərt ittihamlarla çıxış edib. İRNA xəbər agentliyinə istinadən verilən məlumata görə, ali dini lider dünənki nitqi zamanı ABŞ-ın regionda öz məqsədlərini güddüyünü deyib. "Amerikalıların axmaq siyasi məqsədlərinə görə hal-hazırda Yəmən dağıdılır", - deyən Ayətulla Xameneyi əlavə edib ki, amerikalılar regiona girməyə çalışırlar. "Amma İran ABŞ-a regionda öz siyasi məqsədlərinə nail olmağa imkan verməyəcək." O, ABŞ-ın İraq və Suriyaya aid ümidlərinin puç olduğunu da deyib. "Onlar elə bilirdilər ki, İraq və Suriya dağılacaq. Amma uca Allahın köməyi ilə bu baş verməyəcək", - deyə ali dini lider əlavə edib. İranın ali dini lideri Ayətulla Xameneyi çıxışı zamanı İsrail haqqında danışmağı da unutmayıb. "İran İsraillə mübarizə aparan və sionist rejimi məhv etmək istəyən hər kəsi dəstəkləyir", - deyə Xameneyi bildirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar