Avtomobillərin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu artırılıb
30.09.2019 554 0.0 0

Milli Məclisin bu gün keçirilən plenar iclasında nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün ödənilən dövlət rüsumunun artırılmasını nəzərdə tutan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Qazeta.info “Report”un xəbərinə əsasən bildirir ki, iclasda bildirilib ki, rüsumun artırılması üçün "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.

Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 30 manat müəyyən edilir. Hazırda bu rüsum 20 manatdır.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar