Avtomobil iki piyadanı vurub, onlardan biri ölüb
02.06.2016 681 0.0 0

Hacıqabul rayonunda 2 nəfəri avtomobil vurub, onlardan biri ölüb digərinin vəziyyət ağırdır.
 

Məlumata görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisində qeydə alınıb.
 
“Hyundai” markalı avtomobil yolu keçən Hacıqabul rayon sakini, 1962-ci il təvəllüdlü Nəbiyev Oktay Burxan oğlunu və Kürdəmir rayonunun Sığırlı kənd sakini, 1986-cı il təvəllüdlü Burxanov Vüsal Binətçi oğlunu vurub. Hər iki şəxs kəllə-beyin travması  və müxtəlif dərəcəli bədən xəsarətləri ilə ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Oktay Nəbiyev orada dünyasını dəyişib. Vüsal Burxanovun vəziyyətinin isə çox ağır olduğu bildirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar