«Avropa Ərdoğana yalvarır»
25.02.2016 1072 0.0 0

 

“Avropa İttifaqı Ərdoğana yalvarır”. Məlumata görə, bu sözləri Macarıstan respublikasının baş naziri Viktor Orban Almaniyanın "Bild" qəzetinə müsahibəsində deyib.

Baş nazirin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla uzun müddətdir ki, yaxın dostuq münasibəti var. "Bizim Türkiyə ilə münasibətlərimiz möhkəm və qarşılıqlı güvən prinsiplərinə əsaslanır. Lakin  bundan aslı olmayaraq, mən Avropa İttifaqının türklərin yanında dilənçi formasına düşdüyü fikrindəyəm. Pul və verilən vədlər qarşılığında, özümüzün qoruya bilmədiyimiz sərhədlərimiz üçün boyun əyib Ərdoğana yalvarırıq. Lakin bu çox düzgün siyasət ola bilməz.  Bu siyasət Avropanın gələcəyini və təhlükəsizliyini Türkiyənin istəyindən aslı bir hala gətirir” deyə nazir bildirib.

Həmçinin Orban onu da əlvə edib ki, Brüssel Türkiyəyə yerinə yetirə bilməyəcəyi  ya da yetirmək istmədiyi sözlər verir. Türkiyədən 100 minlərlə miqrantı alaraq, Avropa Birliyi ölkələri arasında paylamaq planının boş bir xəyaldan ibarət olduğunu söyləyən nazir ”mən bu plana səs versəm məni Budapeşdə işıq dirəyindən assınlar” deyə vurğulayıb. "Heç bir AB ölkəsi bunu etməyəcək". 

 


Rəcəb Tayyib Ərdoğan-Türkiyə prezidenti


Almaniya konsleri Angela Merkel miqrant böharnınnı həlli üçün miqrantların Avropa Birliyi ölkələrinə paylaşdırılması üçün kontingent yaradılması təklifini irəli sürüb. Lakin başda Fransa olmaqla bir çox Aİ ölkələri bu təklifə qarşı çıxıb.

2015-ci ilin noyabrında Avropa Komissiyası Türkiyə üzərindən əldə olunmuş razılıq planına görə, rəsmi Ankara qarşısında 3 öhdəlik götürüb. Bunlar 3 milyard dollar maliyə dəstəyi, Aİ-yə üzvlük müddətinin sürətləndiriləməsi, türk vətəndaşlarına Şengen bölgəsində sərbəst hərəkət haqqının veriliməsidir.

Bütün bu şərtlərin yerinə yetiriləcəyi halda Türkiyə Egey dənizi sahillərində təhlükəsizlik tədbirlərini gücləndirəcək və miqrantların Türkiyədə işləməsinə və həyat şəraitinin yüngülləşdirilməsinə dair söz verib./anspress/

 


Angela Merkel Almaniya kansleri


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar