Avropa Parlamentinin sədri Türkiyəni hədələyib
13.11.2016 1083 0.0 0

Avropa Birliyi müxalifət fəalları və jurnalistlərin həbs edilməsinə görə Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsi haqqında fikirləşməlidir.

Bildirək ki, bunu Avropa Parlamentinin sədri Martin Şults “Bild am Sonntaq” qəzetinə verdiyi müsahibəsində deyib.

“Avropa Birliyində Türkiyəyə qarşı hansı iqtisadi sanksiyaları tətbiq edəcəyimiz barədə düşünməyimiz lazımdır. Bu ilin sonunda Türkiyənin də daxil olduğu Gömrük Birliyində islahatlar aparılmalıdır. Mən təsəvvür edə bilmirəm ki, müxalifət deputatları və jurnalistlərin həbsindən sonra biz Gömrük Birliyini genişləndirəcəyik”, - Şults bildirib.

Avropa Parlamentinin sədri Türkiyədə ölüm hökmünün bərpası məsələsinə Avropa Birliyinin mövqeyinə də toxunub: “Əgər Türkiyə ölüm hökmünü qaytarsa, Avropa Birliyinə daxil olmaq barədə aparılan danışıqlar dayandırılacaq”./axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar