Avrasiya İqtisadi İttifaqının rəsmisi: Azərbaycanla üzvlüklə bağlı danışıqlar aparmırıq
08.02.2016 498 0.0 0

“Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qəbulu ilə bağlı danışıqlar aparılmır”.
Qazeta.info-nun APA-ya  istinadən verdiyi xəbərə görə, bunu Avrasiya İqtisadi İttifaqının inteqrasiya inkişafı və makroiqtisadiyyat üzrə naziri Tatyana Valovaya deyib.
 
“Biz Azərbaycanla üzvlüklə bağlı danışıqlar aparmırıq, çünki Azərbaycan bunun üçün müraciət etməyib”, - deyə o qeyd edib.
 
Bununla yanaşı, T. Valovaya qurumun üçüncü ölkələrlə əməkdaşlıqda, ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar