ATV-nin `Yoxlama` verilişinin əməkdaşlarını DÖYDÜLƏR-VİDEO 18+
06.06.2016 1800 0.0 0

Hadisə Şamaxıda baş verib. Restoranda verilişin formatına uyğun çəkiliş aparan texniki heyətə hücum olub.

Qazeta.info Xeberoxu.com-a istinadla bildirir ki, Şamaxı şəhərinin Bakı istiqamətindən girişində yerləşən restoranda çəkiliş zamanı ATV-də yayımlanan "Yoxlama" verilişinin əməkdaşları fiziki zorakılığa məruz qalıblar. Xeberoxu.com-un əldə etdiyi məlumata görə restoranın sahibi çəkiliş qrupuna mane olmaq istəyib. Ancaq aparıcı Azər İsmayılov buna qarşı çıxanda gərginlik daha da artıb. Restoran sahibi və yanındakılar çəkiliş qrupuna fiziki hücum ediblər. Onlar "Yoxlama"çıları zorla restorandan çıxarmağa çalışıblar. Bu zaman söyüş və təhqir edici ifadələr də eşidilib.  Nəticədə verilişin rejissoru Elgün Bayramlı xəsarət alıb. Mübahisə isə çəkiliş qrupunun avtomobilinin yaxınında davm edib. Hadisə ilə bağlı polisə müraciət edilib. Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları faktı araşdırır. 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar