Atatürk hava limanında ölənlərin sayı 50 nəfərə, yaralılar isə 106 nəfərə çatıb - Partlayış anı (VİDEO)
29.06.2016 1452 0.0 0

İstanbulun Atatürk aeroportunda törədilən  partlayışlar nəticəsində ölənlərin sayı 50-çatır, 106 nəfər isə yaralanıb. APA-nın məlumatına görə, bu barədə "Assoşieyted Press" yerli yüksək vəzifəli türkiyəli məmura istinadən məlumat yayıb.  Bundan əvvəl İstanbul valisi hadisə nəticəsində 28 nəfərin həlak olduğunu, 60 nəfərin yaralanndığını bildirib. 

*****

İstanbulun Atatürk Hava limanında baş vermiş terror hadisəsinin 3 canlı bomba vasitəsilə törədildiyi ehtimal edilir.
 
APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, bunu İstanbul valisi Vasip Şahin deyib.
 
Vali bildirib ki, bu gün Hava limanının xarici uçuşlar terminalının gəliş qatındakı sərnişin qarşılama salonunun girişində ard-arda 3 canlı bomba terror hadisəsi törədib.
Qeyd edək ki, terror nəticəsində 28 nəfər ölüb, 60 nəfər yaralanıb.  

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar