Atasının QAZ-53-ü ilə avtoxuliqanlıq edən yeniyetmə cərimələnib - VİDEO
03.12.2021 551 0

Sumqayıtda “QAZ 53” markalı yük maşını və “VAZ 2106” markalı avtomobillə avtoxuliqanlıq edən sürücülər saxlanılıblar
Qazeta.info xəbər verir ki, sosial şəbəkələrdə bir sürücünün QAZ-53 markalı yük maşını ilə avtoxuliqanlıq hərəkətləri etdiyinin görüntüləri yayılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının apardıqlarıi araşdırma nəticəsində həmin sürücünün şəxsiyyəti müəyyən edilib
Məlum olub ki, hadisə şəhər sakini 17 yaşlı Ə.Məmmədov tərəfindən atasına məxsus 31-BD-205 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə törədilib. Sürücünün yaşı nəzərə alındığı üçün barəsində inzibati qaydada həbs tətbiq edilməsə də o, 1000 manat məbləğində cərimə olunub.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər