Atası ilə dalaşan oğul itkin düşüb
25.09.2019 501 0
Qazax rayonunda atası ilə mübahisə edən oğlan itkin düşüb.
Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, hadisə rayonun Kəmərli kəndində baş verib.
Kənd sakini Səməd Orucov oğlu Emil Orucovla mübahisə edib.
Mübahisə nəticəsində E.Orucov atası ilə dalaşaraq evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər