Ata və ana xəstə doğulan uşaqdan imtina etdi-Fotolar
20.06.2015 1562 0.0 0

Hindistanda iki həftəlık uşaq nadir rast gəlinən bir xəstəlıklə doğduğuna görə ana ve atası tərəfındən tərk edilib.
 

Hindistanda bir uşağ hamiləlik dövründə və ya genetik səbəblrdən dolayı meydana gələn xəstəlik nəticəsində  dərisi qırışlı olaraq dünyaya gəlib.

Buna görə də ana Mamata Dode və ata Ajay Dode iki həftəlik körpəni fərqli görünüşü üzündən rədd edib.


Vəziyyəti belə görən  babası Dilip Dode körpəni öz himayəsinə götürərək qaşıqla keçi südü ilə bəsləyir.

"Haberturk"  "Mirror"-una istinadla bildirir ki, doğulduqdan dərhal sonra xəstələnən körpəni xəstəxanaya gətirən baba, uşağın pulsuz müalicə dəstəyi ilə təmin olunduqu  üçün xəstəxanaya minnətdar olduğunu söyləyib.


Qızının hamiləliyi əsnasında fasiləsiz olaraq müayinələrə getdiyini lakin həkimlərin körpənin xəstəliyi haqqında bir şey söyləmədiklərini bildirən baba : "Körpənin xəstə dünyaya gəlməsi haqda xəbər qonşular və qohumlar arasında dərhal yayıldı. İnsanlar körpənin nəyə bənzədiyini görməyə gəlirlər. Körpəni gördükdən sonra da qorxu içində evdən çıxırlar. Kimsə körpəyə toxunmaq istəmir. " deyə bildirib.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar