ATƏT: Artıq ağır döyüşlər başlayıb
22.04.2015 832 0.0 0

ATƏT müşahidəçiləri Ukrayna Silahlı Qüvvələrinin Donetsk ərazisindəki təmas xəttində separatçı döyüşçülər tərəfindən vəziyyətin daha da kəskinləşdirildiyini bildiriblər.

Məlumata görə, ATƏT-in Xüsusi Monitorinq Qrupunun ötən gün dərc olunmuş son məruzəsində deyilir ki, intensiv döyüşlər Donetsk aeroportu və Mariupolun Şirokino məntəqəsinə yaxın ərazidə gedib.

Məruzədə göstərilir ki, aprelin 20-dən başlayaraq Şirokino ərazisinə doğru tanklardan, minaatanlardan, pulemyotlardan və digər atıcı silahlardan istifadə olunmaqla tammiqyaslı döyüş başlayıb. Müvəqqəti sakitlikdən sonra, axşama doğru Donetsk aeroportu ərazisi ağır silahlardan atəşə məruz qalıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar