Astananın adı dəyişə, Nazarbayevin şərəfinə adlandırıla bilər
23.11.2016 924 0.0 0

Qazaxıstan Parlamentinin deputatları respublikanın paytaxtı Astana şəhərinin prezident Nursultan Nazarbayevin şərəfinə onun adı ilə adlandırılması təklifi ilə çıxış ediblər.

Qazeta.info bildirir ki, Trend bu barədə TASS agentliyinə istinadən məlumat verir.

Bununla bağlı qəbul olunmuş deklorasiyada deyilir ki, respublikanın quruculuğunda önəmli rolu olan N.Nazarbayevin "El Bası" (millətin lideri) adının ölkənin bütün mühüm obyektlərinin adında ifadə olunması nəzərdə tutulur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar