«ASAN məktəb» I sinif şagirdlərinin qəbulunu təşkil edəcək
30.03.2015 706 0.0 0

Bərdə regional “ASAN xidmət” mərkəzi tərkibində yaradılan “ASAN məktəb” rayonun ümumtəhsil məktəblərinə birinci sinif şagirdlərinin qəbulunu təşkil edəcək. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihənin məqsədi vaxt itkisinin aradan qaldırılması və şəffaflığın artırılmasıdır.
Bərdə regional “ASAN xidmət” mərkəzinin məktəbə qəbul şöbəsinin əməkdaşı Sərnaz Babayeva AZƏRTAC-a müsahibəsində “ASAN məktəb” layihəsi barədə məlumat verib. Bildirib ki, I sinfə qəbul valideynin müvafiq sənədlərlə ərizəsi əsasında aparılır. Uşağın sağlamlığı barədə tibbi arayış, doğum haqqında şəhadətnamənin surəti, 2 ədəd 3x4 ölçüdə fotoşəkillə “ASAN məktəb” bölməsinə müraciət edən valideynlər Bərdə rayonunun ümumtəhsil məktəbləri ilə interaktiv lövhədə tanış olur və seçdiyi məktəbdə I sinfə qəbulla bağlı vəziyyəti öyrənirlər. Uşaqların məktəbə hazırlığı və psixoloji durumunun yoxlanılması da “ASAN məktəb”də yerindəcə həyata keçirilir. Komissiyadan keçdikdən sonra uşağın məktəbə qəbul olunması ilə bağlı bildiriş həm valideynə, həm də yerli təhsil şöbəsinə təqdim olunur.
“Bundan başqa, “ASAN məktəb” layihəsi çərçivəsində ümumtəhsil məktəblərində pedaqoji və texniki sahədə çalışanlara iş yeri haqqında, ümumtəhsil məktəblərinin şagirdlərinə təhsil aldıqları yer barədə elektron arayışlar da verilir”, - deyə S.Babayeva qeyd edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar