Artıq inflyasiya dalğası ABŞ-da da hiss olunmağa başladı
08.03.2016 982 0.0 0

Amerika Birləşmiş Ştatları (ABŞ) Mərkəzi Bankının kredit faizləri məsələsi ötən gün daxili debatda müzakirə olunub. Məlumata görə, bankın ekspertləri hazırkı inflyasiya həddinin faizləri qaldırmaq üçün münasib olub-olmadığını müəyyən etməyə çalışıblar.

Ekspertlər hazırda artan qiymətlərə əsasən, faktları təhlil ediblər. Bankın vitse-prezidenti Stenli Fişer bildirib ki, artıq ölkə iqtisadiyyatında inflyasiyanın ilk dalğası hiss olunmağa başlayıb. Lakin digər rəsmilər hələlik faizlərin yüksəldilməsi üçün erkən olduğunu qeyd ediblər. 

 

Canet Yellen - ABŞ FED sədri 

FED-in idarə heyətinin üzvü Lael Breynard rəhbərliyi inflyasiya “qalıcı” olanadək heç bir addım atmamağa səsləyib.

 
Bankın idarə heyətində fikir ayrılığı olmasına baxmayaraq, Federal Ehtiyatlar fondu bu həftəsonu iclas keçirəcək. Lakin hələlik faizlərin artırılacağı da gözlənilmir.

Bundan əvvəl ötən ilin son rübündə ABŞ faiz dərəcələrini yüksəltmiş və bu vəziyyət dünya ilə yanaşı Amerikanın iqtisadiyyatına da öz mənfi təsirini göstərmişdi. Belə ki, dolların dəyərinin artması bahalaşmanı da bərabərində gətirmiş və ABŞ-da ixracat səviyyəsi aşağı düşmüşdü.  /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar