Aparıcı canlı efirdə güllələndi
07.08.2015 864 0.0 0

Jurnalist canlı efirdə güllələndi. Dünya mətbuatına istinadla verilən məlumata görə, iki nəfər naməlum şəxs Braziliyanın Radio Liberdade FM radiostansiyasının studiyasına daxil olaraq aparıcını qətlə yetiriblər. Bu barədə La Prensa portalı yerli polisdəki mənbələrə istinadən məlumat yayıb.

Hadisə   Sear ştatında baş verib. Polisin məlumatına görə, qatillər radiostansiyanın yerləşdiyi binaya reklam yerləşdirmək bəhanəsi ilə inzibatçıya pul ödəyərək keçib, daha sonra onlar aparıcı Gleydson Karvalyo əyləşdiyi studiyaya daxil olaraq ona atəş açıblar.

Karvalyo xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.


Gleydson Karvalyo

Braziliyalı radioaparıcının öldürülməsi ölkədə geniş əks-səda yaradıb. Hal-hazırda polis hadisənin təfərrüatlarını və cinayətin səbəblərini araşdırır. 

La Prensa portalının verdiyi məlumata görə, G.Karvalyo öz verilişlərində bəzi siyasətçilərin korrupsiyon fəaliyyətini ifşa edən materiallarla çıxış edib. Bununla əlaqədar onun Facebook səhifəsinə tez-tez hədə qorxu ilə dolu mesajlar daxil olurdu./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar