Antalyada istirahət edən deputat soyuldu (FOTO)
07.08.2015 664 0.0 0

Cümhuriyyət Xalq Partiyasının sabiq lideri, Antalyadan millət vəkili seçilən Dəniz Baykal soyulub. Məlumata görə, Antaliyada istirahət edən siyasətçinin maşaını soyğunçuların qurbanı olub. 

Baykal hər gün olduğu kimi həyat yoldaşı ilə çimərliyə gedib. Bir neçə saat çimərlikdə zaman keçirən deputat bu müddət ərzində maşınını dayanacaqda saxlayıb. 
Həyat yoldaşı ilə dənizdə üzəndən sonra maşınına yaxınlaşan Baykal evə qayıtmaq istəyib. İlk anda o soyulduğunun fərqinə vara bilməyib. Lakin portmanatını və telefonunu axtarıb tapmayanda onların oğurlandığını görüb. 

''Pulun miqdarı elə də çox deyildi. Amma telefonum getdi. Mənim üçün ən pisi bu oldu". 

 

 

Naməlum şəxslər avtodayanacaqda olan maşını ön şüşəni saldıraraq soyublar. 

İlk dəfə bu cür hadisə ilə qarşılaşdığını deyən Baykal hadisə yerinə dərhal polis çağırıb. 

Barmaq izi götürən polis soyğunçunun axtarışına başlayıb. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar