Anomal, yoxsa normal hava?-Açıqlama
30.03.2015 697 0.0 0

Azərbaycanda hazırda müşahidə edilən hava şəraiti mart ayı üçün xarakterikdir və anomal sayılmır.

Qazeta.info bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, mart ayında hava şəraitinin dəyişməsi prosesi, qarın yağması halları əvvəlki illərdə də olub: "Əgər belə hallar əvvəlki illərdə olmasaydı, onda martın son günləri üçün gözlənilən hava şəraiti anomal sayıla bilərdi".

A.Verdiyev deyib ki, hazırda Bakının bəzi yerlərinə yağış, dağlıq və dağətəyi rayonlara isə qar yağır. Əvvəlcədən verilən proqnozlara görə, bu gün hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar