Ana və övladını avtomobil vurub
22.07.2017 998 0.0 0

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

 

Hələ ki, sürücüsü məlum olmayan “VAZ 21015” markalı avtomobil yolu keçmək istəyən 1979-cu il təvəllüdlü Əsgərova Nəzakət və onun qızı, 2002-ci il təvəllüdlü Əsgərova Turanəni vurub.

 

Xəsarət alan piyadalar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılıblar. Onlara tibbi yardım göstərilib. Yaralılardan birinin vəziyyəti normal, digərinin isə kafi qiymətləndirilir.

 

Faktla bağlı Baş Polis İdarəsində araşdırma aparılır. /APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar